- Köhnə - Dünya
- 3 Sentyabr 2018 19:17
- 5 438
Avtobus beton dirəyə çırpıldı - 6 nəfər öldü
İspaniyanın şimalındakı Aviles şəhərində avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər həlak olub.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 30 nəfər isə xəsarət alıb.
Avtobus piyada keçidinin beton dirəyinə çırpılıb. Yaralılar helikopterlərlə xəstəxanaya çatdırılıb.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
AzNews.az