- Köhnə - Dünya
- 4 Sentyabr 2018 19:38
- 5 148
Çavuşoğlu Pompeo ilə nədən danışdı?
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə diplomatik mənbə xəbər yayıb.
Bildirilir ki, telefon danışığı zamanı Suriyanın İdlib və Mənbic şəhərlərindəki durum müzakirə olunub.
Telefon danışığının ABŞ tərəfinin istəyi ilə baş tutduğu bildirilir.
AzNews.az