- Köhnə - Dünya
- 4 Sentyabr 2018 20:07
- 5 447
Çində yanacaq yenə bahalaşdı
Çində yanacağın pərakəndə satış qiyməti cari il ərzində növbəti dəfə artırılıb.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 180 yuan (26,4 ABŞ dolları) və 170 yuan (24,9 dollar) artırılıb. Buna səbəb dünya bazarında xam neftin qiymətinin qalxmasıdır.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
AzNews.az