Gürcüstan hakimiyyəti rusiyalı jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə buraxılmayan jurnalistlər arasında TASS agentliyinin şərhçisi Viktor Litovkin də var. Gürcüstan hakimiyyəti rusiyalı jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə buraxılmayan jurnalistlər arasında TASS agentliyinin şərhçisi Viktor Litovkin də var.

Rus jurnalistlər Tiflisdən qovuldu - Rusiya şokda

Gürcüstan hakimiyyəti rusiyalı jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. Ölkəyə buraxılmayan jurnalistlər arasında TASS agentliyinin şərhçisi Viktor Litovkin də var.

AzNews.az-ın Teleqraf.com-a istinadən verdiyi xəbərə görə, Rusiyanın 3 tanınmış jurnalisti Tiflisə Beynəlxalq Cənubi Qafqaz Forumunda iştirak etmək üçün səfər ediblər. Lakin onlar geri qaytarılıblar.

"Bizə gürcü dilində sənəd verdilər. Ancaq Gürcüstana niyə buraxılmadığımızı başa düşmədik. Bildirdilər ki, bizim Gürcüstana daxil olmağımız qadağandır. Biz də bu qərara hörmətlə yanaşdıq. Artıq təyyarəmiz Moskvaya enib", - Litovkin deyib.

AzNews.az