- Köhnə - Dünya
- 5 Sentyabr 2018 14:47
- 5 298
Skripal skandalı ilə bağlı şübhəlilərin adları açıqlandı - İlk dəfə
Keçmiş rus agent Sergey Skripal və qızı Yuliya Skripalla bağlı məsələdə İngiltərə tərəfi ilk dəfə şübhəlilərin adını açıqlayıb.
AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, İngiltərə Polisi Terrorla Mübarizə Qruplarının verdiyi məlumata görə, martın 2-də Moskvadan Londona gəlmiş Aleksandr Petrov və Ruslan Boşirov adlı oğlanlar martın 4-də ölkələrinə qayıdıblar.
Onların qaldığı otaqda rus agentlə qızının zəhərləndiyi “Noviçok” adlı sinir sisteminə təsir edən qazın qalıntıları tapılıb.
İngiltərə adı çəkilmiş gənclərin mühakimə olunması üçün kifayət qədər sübutun göstərildiyini bildirsə də, Rusiyadan onların geri qaytarılmasına görə tələb irəli sürməyəcəklərini qeyd edib. Çünki rus qanunvericiliyində öz vətəndaşlarını geri vermək yoxdur.
Nurlan AĞA
AzNews.az