- Köhnə - Dünya
- 7 Sentyabr 2018 09:30
- 6 190
Suriyada kimyəvi silahla bağlı sübutlar tapıldı - ABŞ-dan açıqlama
ABŞ-ın Suriya özəl təmsilçisi Ceyms Cefri İdlibdəki son proseslərlə bağlı münasibət bildirib.
AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, o, Vaşinqtonda media nümayəndələrinə verdiyi açıqlamada Suriyadakı vəziyyətin pis olduğunu deyib.
“İdlibdə vəziyyət çox pisdir, kimyəvi silah hazırlandığına dair əlimizdə sübutlar var” – deyə, vurğulayıb.
Təmsilçi Bəşər Əsədlə bağlı isə onun Suriyada gələcəyinin olmadığını, lakin ondan qurtulma işinin ABŞ-la əlaqəsiz olduğunu ifadə edib.
C.Cefri İŞİD Suriyadan təmizlənənə qədər ABŞ-ın oranı nəzarətdə saxlayacağını qeyd edib.
Xatırladaq ki, Ceyms Cefri 1-4 sentyabr aralığında İsrail, İordaniya və Türkiyə ilə təmas görüşləri keçirmişdi.
Nurlan AĞA
AzNews.az