- Köhnə - Dünya
- 8 Sentyabr 2018 14:22
- 6 812
İran PJAK-a divan tutdu
İran təhlükəsizlik qüvvələrinin PKK-nın İrandakı qolu olan PJAK-a (Kürdüstan Müstəqil Yaşayış partiyası) qarşı həyata keçirdiyi əməliyyatda altı terrorçu öldürülüb.
AzNews.az “Vatan” qəzetinə istinadən xəbər verir ki, İranın qərbində yerləşən Kürdüstan əyalətinə aid olan Mərivanda PJAK-a qarşı əməliyyat başlandığı bildirilib.
Görülmüş əməliyyat tədbirləri nəticəsində terrorçu qruplaşmanın altı üzvü öldürülüb.
Qeyd edək ki, öldürülmüş terroristlərin iyulun 20-də polis bölməsinə hücum etdikləri aydınlaşdırılıb.
Nurlan AĞA
AzNews.az