- Köhnə - Dünya
- 8 Sentyabr 2018 19:30
- 5 577
Bəsrə aksiyaları: 3 nümayişçi ölüb, 50-si yaralanıb
İraqın Bəsrə şəhərində sosial problemlərlə bağlı keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb.
AzNews.az “Report”a istinadən xəbər verir ki, nümayişlərdə daha 50 nəfər isə xəsarət alıb.
Məlumatı İraqın Səhiyyə Nazirliyi də təsdiqləyib.
Yaralılardan 26 nəfərinin güllə yarası aldığı bildirilir.
AzNews.az