Ukraynanın baş naziri ölkə şəhərlərini səhv saldı - Foto

Ukraynanın baş naziri Vladimir Qroysman Dnepri şəhər günü münasibəti ilə təbrik edərkən səhvə yol verib.

AzNews.az Oxu.Az-a istinadla xəbər verir ki, baş nazirin “Facebook” səhifəsində 4 şəhərin – Lutsk, Jitomir, Nikolayev və Dneprin mənzərələrini əks etdirən fotolar yerləşdirilib.

Sonuncu fotoda Kiyevdə Dnepr çayı üzərindən salınan körpü əks olunub.

Bir müddət sonra səhv aradan qaldırılıb.

AzNews.az