- Köhnə - Dünya
- 9 Sentyabr 2018 10:00
- 5 790
Zəlzələ 26 nəfəri xəstəxanalıq etdi
Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb. Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə zəlzələ fəsadları ilə yerli mübarizə qərargahı məlumat yayıb.
Qərargahın məlumatına görə, hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib: "4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb. Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb".
AzNews.az