İŞİD terror təşkilatının piyada bölmələrinin komandiri Əbu Ömər Əl Şişaninin öldürülməsindən sonra onun yerini tutmuş Əbu Səid Əl Şişani də məhv edilib. İŞİD terror təşkilatının piyada bölmələrinin komandiri Əbu Ömər Əl Şişaninin öldürülməsindən sonra onun yerini tutmuş Əbu Səid Əl Şişani də məhv edilib.

Qaynı İŞİD-ə qoşulmuş nazir qızını almaq istədi, “yox” deyincə... - Çeçen Sedanın dramı

İŞİD terror təşkilatının piyada bölmələrinin komandiri Əbu Ömər Əl Şişaninin öldürülməsindən sonra onun yerini tutmuş Əbu Səid Əl Şişani də məhv edilib.

Səid böyük qardaşının öldürülməsindən sonra onun arvadına göz dikərək kəbin təklif edibmiş. Ömərin arvadı Seda Dudurkayeva- atası Asu Dudurkayev bir zamanlar Çeçenistanda nazir olub- qaynının bu niyyətinə “yox” cavabı verib. Bu cavabdan razı qalmayan Səid cəza olaraq Sedanı İstanbula “canlı bomba” olaraq göndərib.

Seda Dudurkayeva iyul ayında İstanbulda terror aktı törətmək istəyərkən ələ keçib. Məlum olub ki, o, hələ 2014-cü ildə Ömər əl Şişaninin sağ əli sayılan “Həmzat” ləqəbli terrorçu ilə internetdə tanış olub və Çeçenistandan qaçaraq Suriyaya gəlib. Terror təşkilatının düşərgəsində onlar evləniblər. Onun terrorçu ilə nikahı atası Asu Dudurkayevin nazir postundan uzaqlaşdırılmasına səbəb olub. Bir müddət sonra isə “Həmzat” terror aktı gerçəkləşdirən zaman ölüb və onun arvadını Əbu Ömər Əl Şişani ələ keçirib. Əbu Ömər isə- əsl adı Tarkan Batıraşvilidir- 2016-cı ildə Suriyada koalisiya əsgərləri tərəfindən məhv edilib. Sedanın ondan iki övladı var.

Çormağan,

AzNEWS.AZ