- Köhnə - Dünya
- 9 Sentyabr 2018 13:49
- 5 018
Şinzo Abe zəlzələ olan adada
Bu gün Yaponiyanın Baş naziri Şinzo Abe sentyabrın 6-da güclü zəlzələnin baş verdiyi Hokkaydo adasında vəziyyəti öyrənmək üçün adaya səfər edib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, Baş nazir Sapporo şəhərinin Kiota rayonunda olub, helikopterdən çoxsaylı torpaq sürüşmələrinin baş verdiyi Akaşima rayonunu seyr edib. Sapporo şəhərinin meri Katsuhiro Akimoto Baş nazirə zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən tədbirlər barədə məlumat verib.
Atsutamaçi və Anpin yaşayış məntəqələrinə baş çəkən Ş.Abe burada müvəqqəti təxliyə mərkəzlərində yerləşdirilən sakinlərlə görüşüb.
AzNews.az