- Köhnə - Dünya
- 9 Sentyabr 2018 18:46
- 5 566
Kim Çen In Rusiyaya gəlir
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Pxenyana səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla bir araya gəlib.
Teleqraf.com rus mediasına istinadla xəbər verir ki, Valentina Matviyenko Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfər edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, Şimali Koreya lideri Rusiyaya səfər üçün hazır olduğunu deyib: “Kim Çen In səfəri gecikdirmək istəmədiyini söylədi. Səfərin vaxtı və məkanı ilə bağlı məsələlər diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək”.
AzNews.az