Kosovo Azadlıq Ordusunun alban veteranları Serbiya Prezidenti Aleksandr Vuçiçin ziyarət edəcəyi Ban kəndinə gedən bütün yolları bağlayıblar. Kosovo Azadlıq Ordusunun alban veteranları Serbiya Prezidenti Aleksandr Vuçiçin ziyarət edəcəyi Ban kəndinə gedən bütün yolları bağlayıblar.

Serb prezidenti Kosovoya buraxmadılar

Kosovo Azadlıq Ordusunun alban veteranları Serbiya Prezidenti Aleksandr Vuçiçin ziyarət edəcəyi Ban kəndinə gedən bütün yolları bağlayıblar.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, A.Vuçiçin bu gün Kosovo və Metoxiyaya səfər etməsi nəzərdə tutulub. O, İbar çayının sahilində yerləşən Srbitse bələdiyyəsinin Ban kəndində görüş keçirməyi nəzərdə tutub. Həmin kənd Kosovonu şərti olaraq cənub (albanların yaşadığı) və şimal (serblərin yaşadığı) hissələrə bölür.

Prezidentin səfərini işıqlandıran RTC televiziyası bir neçə yüz albanın traktor və yük maşınları ilə yolu tamamilə bağladığını xəbər verir. Hətta, iştirakçıların bir neçəsinin silahlı olduğu bildirilir.

Kosovo polisi və NATO-nun başçılıq etdiyi beynəlxalq kontingent Serbiya liderinin təhlükəsizliyinə təminat vermədiklərini bildiriblər.

AzNews.az