- Köhnə - Dünya
- 9 Sentyabr 2018 20:08
- 5 681
Moldova prezidenti belə qəzaya düşdü - Anbaan görüntü
Moldova Dövlət Mühafizə Xidməti ölkə prezidenti İqor Dodonun içərisində olduğu maşının qəzaya düşdüyü anın görüntülərini yayıb.
AzNews.az “Report”a istinadən xəbər verir ki, videodan yük maşınının qarşı yola çıxdığı, ardınca isə nəqliyyat vasitəsinin dövlət başçısının olduğu avtomobilə çırpıldığı və nəticədə onu yoldan kənara atdığı görünür.
Qəza Straşenı – Kalaraş yolunda baş verib. Dövlət başçısı qəza nəticəsində xəstəxanaya yerləşdirilib.
AzNews.az