- Köhnə - Dünya
- 10 Sentyabr 2018 12:23
- 4 882
70 nəfəri xilas etdilər - vətəndaşlıq aldılar
Yunanıstan hökuməti ölkədə baş vermiş dəhşətli meşə yanğını zamanı 70 nəfərin həyatını xilas etmiş misirli balıqçılar Emad İbrahim və Mahmud Musaya vətəndaşlıq verib.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yunanıstanın baş naziri Aleksis Çiprasın mükafatlandırdığı balıqçılara Misirdən də hörmət görəcəkləri bildirilib.
Evə qayıdarkən yanğından qaçmağa çalışmış insanlara kömək etmiş balıqçılara əsl insanlıq, cəsarət göstərdikləri üçün təşəkkür olunub.
Nurlan AĞA
AzNews.az