Suriya rejimi və Rusiyanın İdliblə Həma bölgələrində təşkil etdiyi hava hücumlarında 17 nəfər yaralanıb. Suriya rejimi və Rusiyanın İdliblə Həma bölgələrində təşkil etdiyi hava hücumlarında 17 nəfər yaralanıb.

Əsədin qırıcıları məktəbi vurdu - şagirdlər yaralandı

Suriya rejimi və Rusiyanın İdliblə Həma bölgələrində təşkil etdiyi hava hücumlarında 17 nəfər yaralanıb.

AzNews.az xəbər verir ki, “Anadolu Ajansı” informasiya agentliyi jurnalistinin məlumatına görə, sivil yaşayış məntəqələri, məktəb və müxaliflərin yerləşdiyi zonalara edilmiş hücum nəticəsində iki uşaq yaralanıb.

Hücumların Rusiya və Əsəd rejiminə aid olan döyüş təyyarələri ilə edildiyi, Cərcənaz bölgəsində məktəbin isə Əsədin qüvvələri tərəfindən vurulduğu bildirilir.

Nurlan AĞA
AzNews.az