Hadisə insanların gözü qarşısında İrəvanın mərkəzi meydanında baş verib. Hadisə insanların gözü qarşısında İrəvanın mərkəzi meydanında baş verib.

Ermənistanda sosial narazılıqlar səngimir - Kişi özünü yandırdı

Hadisə insanların gözü qarşısında İrəvanın mərkəzi meydanında baş verib.

AzNews.az “Qafqazinfo”-ya istinadən bildirir ki, erməni KİV-lərində dərc edilmiş xəbərə görə, 50-55 yaşlarında olan kişi hökumət binasının qarşısında üzərinə benzin töküb. Yaxınlıqda olan insanlar alovu söndürsələr də, kişinin üzü və bədəni yanıb.

Həkimlərin sözlərinə görə, 2 və 4-cü dərəcəli yanıq xəsarətləri alan şəxsin bədəninin 57%-i yanıb. Ölkənin baş naziri Nikol Paşinyan xəstənin yerləşdirildiyi yanıq mərkəzində olub. O, feysbuk hesabında yaralının vəziyyətinin ağır olduğunu, hadisəyə görə təəssüfləndiyini qeyd edib.

Hadisənin səbəbləri araşdırılır.

AzNews.az