Putindən nazirlərə irad: "Çıxışınızı qısa edin"

Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının Rəyasət Heyətinin iclası zamanı iştirakçılara qısa çıxış etməyi tövsiyə edib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, V.Putin nəqliyyat naziri Yevgeni Ditrixin 12 dəqiqəlik çıxışından sonra iclas iştirakçılarına belə uzun məruzələrlə çıxış etməməyi bildirib: "Xahiş edirəm ki, qısa danışın".

Prezident, həmçinin nazirlərdən indiyədək həyata keçirilə bilməyən işlərdən danışmağı xahiş edib.

AzNews.az