- Köhnə - Dünya
- 10 Sentyabr 2018 18:22
- 5 124
Trampla bağlı daha bir sirr üzə çıxdı
ABŞ prezidenti Donald Trampa qarşı Ağ Evin əməkdaşları gizli həştəqdən istifadə ediblər.
AzNews.az modern.az-a istinadən xəbər verir ki, gizli şəkildə #TFA həştəqi əsasən prezidentə qarşı istifadə ediləcəyi planlaşdırılan 25 düzəlişi nəzərdə tutur.
Bu barədə danışan Ağ Evin keçmiş əməkdaşı Omarossa Maniqol Nyuman bu həştəqin əsasən Trampın ağılsız, dəlisov qərarları zamanı istifadə olunduğunu bildirib.
Onun sözlərinə görə prezidentin hər ağılsız, axmaq qərarından sonra əməkdaşlar #TFA həştəqini istifadə edərək hər öz işlərinə davam ediblər. Bu həştəqlə işçilər bir-birinə tez-tez öz aralarında prezidentin yenə dşünmədən davrandığını bildiriblər. O, bu həştəqin hətta elektron məktublarda da istifadə edildiyini qeyd edib.