- Köhnə - Dünya
- 10 Sentyabr 2018 23:07
- 5 360
Stoltenberq ABŞ-a gedir
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.
AzNews.az "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin saytında xəbər verilib.
Bildirilir ki, NATO-nun baş katibi çərşənbə günü - sentyabrın 12-dən cümə günü – sentyabrın 14-dək Vaşinqtonda, Kolumbiya dairəsində səfərdə olacaq. Yens Stoltenberq Konqres üzvləri və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Bundan əlavə, Stoltenberq "İrs" fondunda da məruzə ilə çıxış edəcək.
AzNews.az