- Köhnə - Dünya
- 11 Sentyabr 2018 09:05
- 5 305
Naməlum xəstəlik yayılıb 7 nəfər dünyasını dəyişib
AzNews.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Global New Light of Mianmar" qəzeti xəbər verib.
Xəbərdə bildirilir ki, avqustda Myanmada yayılmağa başlayan xəstəlik 7 nəfərin həyatına son qoyub. Onun əlamətləri öskürək, çətin nəfəsalma, yüksək hərarət və gözlərin qızarmasıdır.
Məlumata görə, xəstəliyin yayıldığı kənddə 600 sakin yaşayır. Əraziyə həkim briqadası göndərilib.
Ölkənin Səhiyyə Nazirliyi xəstəliyin müəyyən edilməsi ilə bağlı araşdırma aparır.
AzNews.az