- Köhnə - Dünya
- 11 Sentyabr 2018 14:08
- 5 647
ABŞ xəbərdarlıq etdi: “İran səmasından keçəndə...”
ABŞ ölkənin hava yolu şirkətlərinə İran səmasından keçməklə bağlı xəbərdarlıq edib.
AzNews.az “Euronews”a istinadən xəbər verir ki, xəbərdarlıqda Suriyadakı daxili müharibə səbəbilə İranda baş verən hərbi olaylarla bağlı ehtiyatlı olunması gərəkdiyi bildirilib.
Dünya üzrə səmada baş verən prosesləri şirkətlərə çatdıran Uçuş Xidməti Bürosu (FSB) yeni xəbərdarlıqla bağlı “hələ ki, təhlükəli vəziyyət yoxdur” - deyə, vurğulayıb.
Lakin büro şirkətlərə ABŞ-İran arasında yaşanan gərginlikləri nəzərə almalarını tapşırıb.
Nurlan AĞA
AzNews.az