Türkiyə Suriya ilə sərhədə hərbi texnika cəmləyir

Türkiyə Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə hərbi texnika cəmləməyə davam edəcək.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə KİV-ləri yazır.

Qeyd olunur ki, Suriya ilə sərhədə tank və zirehli texnikalar göndərilib.

Xatırladaq ki, sentyabrın 4-dən Türkiyə Suriyanın İdlib bölgəsi ilə həmsərhəd olan Hataya hərbi texnika yığmağa başlayıb.