- Köhnə - Dünya
- 11 Sentyabr 2018 20:28
- 3 595
Vaşinqtonda fövqəladə vəziyyət
Atlantik okeanından yaxınlaşan "Florens" qasırğası səbəbindən şəhər rəhbərliyi Vaşinqtonda fövqəladə rejim elan edib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, şəhər meri Müriel Bouzer "Twitter" səhifəsində bununla bağlı sərəncam imzaladığını yazıb.
Qeyd edək ki, artıq dünən "Florens" qasırğasının ABŞ-ın cənub-şərq sahillərinə doğru irəliləməsi barədə ABŞ-ın qasırğalara nəzarət Milli Mərkəzi xəbərdarlıq edib.
Qasırğanın sentyabrın 13-də ABŞ-a çatacağı bildirilir.
Güclü küləyin surətinin saatda 165 km-ə çatacağı proqnozlaşdırılır.
AzNews.az