Diplom işi İspaniyanın səhiyyə naziri Karmen Montonun fəaliyyətinə son qoyub. Diplom işi İspaniyanın səhiyyə naziri Karmen Montonun fəaliyyətinə son qoyub.

Nazir istefa verdi - Canlı yayımda elan edib

Diplom işi İspaniyanın səhiyyə naziri Karmen Montonun fəaliyyətinə son qoyub.

AzNews.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb. Bildirilir ki, magistr təhsili alan nazirin diplom işinin plagiat olduğu iddia edilib. Bu qalmaqaldan sonra o, nazir postundan istefa verib. Televiziyada çıxış edərkən istefasını elan edən Monton bu barədə İspaniyanın baş naziri Pedro Sançesə artıq məlumat verdiyini deyib. O, postunu tərk etsə də, təhsilində saxtakarlığa yol vermədiyini, bunu sübut edəcəyini deyib.

Karmen Montonun istefasından sonra onun yerinə Mariya Luisa Karsedo gətirilib.

AzNews.az