Qərb və Rusiyanı üz-üzə qoyan Skripal qalmaqalında yenilik var. Qərb və Rusiyanı üz-üzə qoyan Skripal qalmaqalında yenilik var.

Putindən Skripal açıqlaması: “Sizi inandırıram ki...”

Qərb və Rusiyanı üz-üzə qoyan Skripal qalmaqalında yenilik var.

AzNews.az xarici mətbuata istinadla yazır ki, Rusiya prezidenti Vladimir Putin keçmiş rus agent Sergey Skripal və qızını zəhərlədikləri iddia olunan şübhəlilərin təqsirsiz olduğunu ifadə edib.


“Onların necə bir insan olduqlarına baxdıq. Onları tapmışıq, kim olduqlarını bilirik. Ümid edirəm ki, ortaya çıxıb özləri haqqında danışacaqlar, bu, daha yaxşı olar. Sizi inandırıram ki, bu insanların heç bir təqsiri yoxdur” – deyə, Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, İngiltərə tərəfi agent və qızını zəhərlədiyini iddia etdiyi rus hərbi kəşfiyyat nümayəndəsi Aleksandr Petrov və Ruslan Boşirovun fotosunu yaymışdı.

Nurlan AĞA
AzNews.az