Avropa İttifaqı (Aİ) Komissiyasının növbəti il vəzifə müddəti bitəcək sədri Jan Klod Janker birliyin bu günü və gələcəyi haqqında son çıxışını edir. Avropa İttifaqı (Aİ) Komissiyasının növbəti il vəzifə müddəti bitəcək sədri Jan Klod Janker birliyin bu günü və gələcəyi haqqında son çıxışını edir.

Jankerin son çıxışı: “Avropa birlikdə hərəkət edərsə...”

Avropa İttifaqı (Aİ) Komissiyasının növbəti il vəzifə müddəti bitəcək sədri Jan Klod Janker birliyin bu günü və gələcəyi haqqında son çıxışını edir.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, o, Strasburqdakı Avropa Parlamentinin nümayəndələri qarşısında çıxış edir.

J.K.Janker Avropanın birlikdə hərəkət edəcəyi halda, sarsılmaz qüvvə olacağını dilə gətirib.

O, Suriya, Balkan yarımadasındakı ölkələrlə münasibətlərin aqibəti məsələsi, mühacirlər kimi bir sıra mövzulara toxunub.

Sədr Aİ və Tramp əlaqələrindən danışarkən xəsis ticarət münasibətlərindən razı olmadığını qeyd edib.
Janker çıxışı zamanı Afrika, “Brexit”, avronun dünyada ikinci ən güclü valyuta olması, ifrat milliyyətçiliyin aradan qaldırılması məsələlərinə də toxunub.

O, Avropa məkanının mətbuat azadlığı haqqında danışaraq, bu azadlığı demokratiyanın əsası kimi qiymətləndirib. Komissiya sədri Avropanın mətbuat azadlığının zirvədə olduğu yer kimi qalması gərəkdiyini bildirib.

Nurlan AĞA
AzNews.az