Rusiya Müdafiə Nazirliyi Suriyada yaraqlıların kimyəvi silahdan istifadəyə hazırlaşdıqlarını bəyan edib. Rusiya Müdafiə Nazirliyi Suriyada yaraqlıların kimyəvi silahdan istifadəyə hazırlaşdıqlarını bəyan edib.

Rusiya da xəbərdarlıq etdi: “Suriyada...”

Rusiya Müdafiə Nazirliyi Suriyada yaraqlıların kimyəvi silahdan istifadəyə hazırlaşdıqlarını bəyan edib.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, açıqlamada terrorçuların İdlibdə bununla bağlı hazırlıq işləri gördükləri qeyd olunur.

Həmçinin Müdafiə Nazirliyi Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına təxribatın qarşısını almaqla bağlı çağırış edib.

İdlibdəki "ağ bretlilər" terrorçularla birlikdə qaçqın düşərgələrindən qaçırdıqları azyaşlılar və daha 22 ailədən Han Şeyhunda kimyəvi hücumla bağlı çəkdikləri film üçün istifadə ediblər.

Qeyd edək ki, Rusiya Amerikadan Suriyada kimyəvi silahların mövcud olmasına dair məlumatları Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının ixtiyarına verməsini istəsə də Amerika bu barədə heç bir məlumat təqdim etməyib.

Rəsmi Moskva son vaxtlar bəyanatlar yayaraq İdlibdə kimyəvi silahdan istifadə görüntüsünün hazırlanması ilə bağlı beynəlxalq ictimaiyyətə məlumat verib.

AzNews.az