Çin dünyanın ən böyük dəniz təyyarəsini uğurla sınaqdan keçirdiyini iddia edib. Çin dünyanın ən böyük dəniz təyyarəsini uğurla sınaqdan keçirdiyini iddia edib.

Dünyanın ən böyük uçan qayığı təkmilləşdirilib - “Kunlong” AG 600

Çin dünyanın ən böyük dəniz təyyarəsini uğurla sınaqdan keçirdiyini iddia edib.

AzNews.az ordu.az-a istinadən bildirir ki, bu barədə “Business Insider” məlumat yayıb. Məlumatda qeyd olunub ki,, AG600 “Kunlong” adlı təyyarə Çinin yerli istehsalıdır.

Başlıca məqsədinin yanğınsöndürmə və xilasetmə missiyaları olmasına baxmayaraq, ondan Çinin Cənubi Çin dənizindəki ambisiyalarında istifadə edilməsi mümkündür.

Təqribən “Boeing 737” ölçüsündə olan bu təyyarə yaxın günlərdə Çinin mərkəzindəki bir gölün üzərində çoxsaylı suüstü sınaqlarını tamamlayıb.

Hubey vilayətində baş tutan sınaq zamanı təyyarə müxtəlif su manevrləri həyata keçirib və aşağı sürətli uçuş sınaqlarından keçirilib.

Dörd ədəd turboprop mühərriklə hərəkət gələn AG600 çox böyük daşıma qabiliyyətinə malikdir. O, 50 qədər insan və ya onlarla ton su daşıya bilər.

AzNews.az