ABŞ-ın BMT (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İranla bağlı sensasion açıqlama verib. ABŞ-ın BMT (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İranla bağlı sensasion açıqlama verib.

ABŞ-dan sensasion açıqlama: “Növbəti hədəfimiz İran neftidir”

ABŞ-ın BMT (Birləşmiş Millətlər Təşkilatı) daimi təmsilçisi Nikki Haley İranla bağlı sensasion açıqlama verib.

AzNews.az xarici mətbuata istinadla xəbər verir ki, o, “Fox News” TV-yə verdiyi açıqlamada Tramp hökumətinin İran diplomatiyası ilə bağlı danışıb.

Haley bildirib ki, İran Suriyanı məhv edib, İsrail üçün təhlükəli şərait yaradıb.

“Biz İrana pul göndərirdik və bütün mənfi münasibətlərinə davam etməkləri üçün icazə verirdik. Sanksiyaları yenidən gətirdik. Beləliklə, yeni hədəfimiz İran neftidir və onlar bunun təsirini, həqiqətən, hiss etməyə başlayacaqlar” – deyə, vurğulayıb.

N.Haley Tramp hökumətinin Vaşinqtondakı Fələstin Qurtuluş Qruplaşmasının ofisini bağlamasına da münasibət bildirərək, onların müzakirələrə gəlmədiklərini, lakin yenə də sülh prosesi üçün ümid etdiklərini ifadə edib.

Nurlan AĞA
AzNews.az