- Köhnə - Dünya
- 13 Sentyabr 2018 14:37
- 5 873
Şəhərdə polislə atışma - Terrorçu zərərsizləşdirilib
İstanbulda polis əməkdaşı ilə “İnqilabçı Xalq Azadlıq Partiyası – Cəbhə” (DHKP-C) terror təşkilatının üzvü arasında atışma baş verib.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, atışma nəticəsində terrorçu zərərsizləşdirilib.
Qeyd olunur ki, atışma terror təşkilatına qarşı keçirilən xüsusi əməliyyat zamanı baş verib.
Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir.
AzNews.az