- Köhnə - Dünya
- 13 Sentyabr 2018 14:44
- 5 298
Həzrət Məryəmi təhqir etdiyinə görə həbs edildi - Məhkəmə qərar verdi
Dini dəyərləri təhqir etməkdə ittiham edilən ispan aktyor Villi Toledo məhkəmə prosesində iştirak etməyib.
AzNews.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, məhkəmə proseslərində iştirak etməyən aktyor barəsində saxlanılma qərarı çıxarılıb və Toledo Madriddə həbs edilib.
48 yaşlı Villi Madrid məhkəməsində hakim qarşısında cavab verəcək. O, Həzrət Məryəmi təhqir etməkdə ittiham edilir. Toledo keçən ilin iyul ayında “Facebook” səhifəsində İsa Peyğəmbərin anası Həzrət Məryəmi təhqir etmişdi.
“Xristian Vəkillər Dərnəyi” isə aktyoru məhkəməyə verib. Toledo isə heç bir cinayət işləmədiyini və bu səbəbdən məhkəmə proseslərində iştirak etmədiyini bildirib.