- Köhnə - Dünya
- 13 Sentyabr 2018 18:43
- 5 488
Belçikada limanda partlayış - Ölən var
Belçikanın Antverpen şəhərində liman zonasında partlayış baş verib.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 nəfər yaralanıb.
Qeyd olunur ki, partlayış liman zonasında yerləşən tullantıların təkrar emalı müəssisəsində baş verib.
Partlayışdan sonra yanğının başladığı deyilir. Hadisənin baş vermə səbəbləri məlum deyil.
AzNews.az