- Köhnə - Dünya
- 14 Sentyabr 2018 08:21
- 5 422
Türkiyədə terrorçu qadınlar məhv edildi
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat keçirilib.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, əməliyyat ölkənin şərqində, Bingöl vilayətində təşkil olunub. Aşağıköy rayonu ətrafında keçirilən əməliyyat zamanı 3 terrorçu zərərsizləşdirilib. Terrorçulardan 2-nin qadın olduğu bildirilir.
Ərazidə axtarış əməliyyatının davam etdiyi bildirilir.
AzNews.az