Türkiyə Radio və Televiziya Qurumunun (TRT) “Diyanet” kanalına terrorizmin təbliğatı adı ilə cəza verilib. Türkiyə Radio və Televiziya Qurumunun (TRT) “Diyanet” kanalına terrorizmin təbliğatı adı ilə cəza verilib.

Fətullah Gülənin mahnısı TRT-də yayımlandı - Kanal cəzalandırıldı

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) “Diyanet” kanalına terrorizmin təbliğatı adı ilə cəza verilib.

AzNews.az “Sputniknews”a istinadən xəbər verir ki, kanalın 22 iyun, Türkiyə vaxtı ilə saat 23:15-dəki “Tasavvuf Musikisi” verilişində efirə getmiş dini ilahinin sözləri və musiqisinin kimə aid olduğu ekranda yer alıb.

İlahinin bəstəkarının Əhməd Xətiboğlu, sözlərinin müəllifinin isə Fətullah Gülən olduğu yayımlanıb.

Türkiyə Radio və Televiziya Şurasının (RTÜK) araşdırma hesabatında verilişin terrorizmin təbliğatı ilə məşğul olması qeyd edilib.

TRT bu məsələ ilə bağlı açıqlamasında verilişin protokola görə, Dəyanət İşləri İdarəsi tərəfindən nəzarət olunması gərəkdiyini bildirmişdi.

Nurlan AĞA
AzNews.az