Təyyarə hipersəs raketləri ilə silahlandırılıb

Rusiyanın modernizasiya edilmiş Tu-22M3M strateji bombardmançısı Kh-32 qanadlı raketləri və hipersəs silahlarla təchiz olunub.

AzNews.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Şurasının Müdafiə Komitəsinin sədri Viktor Bondarev bildirib.

Onun sözlərinə görə, daşıyıcının təchiz olunduğu silahların mənzili genişləndirilib. Bu silahlar arasında Kh-32 dəqiq zərbə raketləri və hipersəs raketləri var.

Qeyd edək ki, "Tu-22M3M" "Tu-22M3" strateji bombardmançısının yenilənmiş versiyasıdır. O, supersəs sürətlə hərəkət edə bilir.

AzNews.az