Ermənistanın kassasiya məhkəməsinin yeni sədri Ervand Hünkaryan keçmiş prezidentt Robert Köçəryanın immmunitet məsələsini şərh etməkdən boyun qaçırıb. Ermənistanın kassasiya məhkəməsinin yeni sədri Ervand Hünkaryan keçmiş prezidentt Robert Köçəryanın immmunitet məsələsini şərh etməkdən boyun qaçırıb.

Köçəryanın başı dərddə - Şikayət artıq daxil olub

Ermənistanın kassasiya məhkəməsinin yeni sədri Ervand Hünkaryan keçmiş prezidentt Robert Köçəryanın immmunitet məsələsini şərh etməkdən boyun qaçırıb.

AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə erməni mediası xəbər yayıb. Bildirilir ki, Hünkaryan problemlə bağlı hər hansı şərh verməsinin sonradan məhkəməyə təzyiq olaraq qiymətləndirilə biləcəyini söyləyib.

Kassasiya məhkəməsinin sədri rəhbərlik etdiyi qurumun Robert Köçəryanla əlaqədar Konstitusiya məhkəməsinə sorğu verib-verməmək haqqında sualları da cavabsız buraxıb.

“Kassasiya məhkəməsinə prokurorluqdan müvafiq şikayət artıq daxil olub. Şikayətə 90 gün ərzində baxıla bilər. Ərizə alındıqdan sonra məhkəmənin 1 ay içində həmin sənədi geri qaytarmaq və ya baxılmamış saxlamaq hüququ da var. Bunun üçün əsaslar yoxdursa, 3 ay ərzində iş məhkəmədə baxılacaq”, - Hünkaryan bildirib.

Ervand Hünkaryan Ermənistanın Milli Təhlükəsizlik və Xüsusi İstintaq Xidmətlərinin rəisləri arasında keçən və sonradan sosial şəbəkələrə sızdırlan söhbət zamanı Köçəryanla bağlı qərar qəbul edən hakimlə əlaqədar işlətdikləri ifadələrə də toxunub. Lakin yeni sədr “məhkəmələrin müstəqil fəaliyyət göstərdiyini və heç kimin onların işlərinə qarışmaq hüququnun olmadığını” deməklə kifayətlənib. (musavat.com)

AzNews.az