- Köhnə - Dünya
- 14 Sentyabr 2018 20:09
- 16 592
Və... Trampı satdı... Bu xəbər dünyanı silkələdi...
ABŞ liderinin seçki kampaniyasının müdiri Manafort Rusiya ilə bağlı istintaq aparan prokurorla razılaşdı, günahını boynuna alıb etirafçı oldu. Manafortun qəbul etdiyi günahlar arasında ABŞ-a qarşı gizli anlaşmaya girmək, ədaləti əngəlləmək cəhdi və s. var.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, seçkilərdə Rusiyanın barmağının olub-olmamasını araşdıran prokuror Robert Muller istintaqda yeni bir səhifə açdı. O, ABŞ prezidenti Donald Trampın seçki təbliğatının rəhbəri Paul Manafort ilə anlaşmaya girdi. Bu xəbər anında dünya mediasının gündəmini zəbt etdi.
Paytaxt Vaşinqtonda federal məhkəməyə çıxarılan Manafort ABŞ əleyhinə gizli anlaşmaya girmək və ədaləti əngəlləmək cəhdini qəbul etdi.
Qeyd edək ki, bir neçə həftə əvvəl Trampın özəl vəkili Maykl Kohen də etirafçı olmuşdu.
Malik LİFTİYEV
AzNews.az