- Köhnə - Dünya
- 14 Sentyabr 2018 23:32
- 5 341
Stoltenberq Gürcüstandan danışdı
NATO Gürcüstana alyansa qəbul üçün lazım olan islahatların keçirilməsində dəstəyini davam etdirəcək.
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda NATO baş katibi Yens Stoltenberq deyib:
“Gürcüstan tərəqqi əldə edir, bunu alqışlayırıq. Biz Gürcüstanı avroatlantik inteqrasiya yolunda, o cümlədən NATO-ya üzvlük məsələsində dəstəkləməyə davam edəcəyik”.
Baş katib qeyd edib ki, Gürcüstan NATO, NATO isə Gürcüstan üçün vacibdir.
AzNews.az