- Köhnə - Dünya
- 15 Sentyabr 2018 11:06
- 5 462
Yük gəmisinin kosmosa buraxılması təxirə salınıb - Starta 30 dəqiqə qalmış dayandırılıb
Yaponiyada “Kounotori-7” kosmik yük gəmisini kosmosa çıxaracaq H2B raketinin buraxılışı təxirə salınıb.
AzNews.az-ın məlumatına görə, AZƏRTAC Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, raketin buraxılışı starta 30 dəqiqə qalmış dayandırılıb. Sentyabrın 11-də də analoji vəziyyət qeydə alınmışdı.
“Kounotori-7” BKS-yə stansiyanın göyərtəsində aparılan eksperimentlərin nəticələrini Yerə gətirməli olan kapsulu çatdıracaqdı. Kapsulun lazım olan yükü təhlükəsiz şəkildə Yerə çatdıracağı ilə bağlı yoxlamaların davam etdiriləcəyi bildirilir. Bundan əlavə, iki kiçik STARS-Me süni peykindən ibarət eksperimental komplekt də diqqəti cəlb edir. Həmin komplektlər kosmik liftin quraşdırılması istiqamətində ilk addım olacaq.
Raketin növbəti buraxılış tarixi barədə məlumat verilmir.
AzNews.az