2 yaşlı uşaq traktorun altında qalaraq can verdi

Türkiyədə bir atanın başına gələ biləcək ən acı hadisə yaşanıb.

AzNews.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, 34 yaşlı Mehmet Ö. traktorla evin həyətində geriyə doğru manevr edən zaman arxada olan 2 yaşlı oğlu Əli Öztürkü görməyib. Onun bu diqqətsizliyi oğlunun həyatının ölümü ilə nəticələnib. Belə ki, üzərindən tonlarla ağırlığında traktor keçən kiçik uşaq hadisə yerindəcə faciəvi şəkildə həyatını itirib. Ailəsi şokdadır. Hadisə yerinə gələn polislər tərəfindən araşdırmalar aparılır. Sağlamlıq qrupları ailənin aldığı ciddi zərbədən yana onlara tibbi yardım göstərirlər.


Xəyalə Məmmədova
AzNews.az