- Köhnə - Dünya
- 16 Sentyabr 2018 12:16
- 5 438
Qatar relsdən çıxdı - 20 nəfər yaralandı
Pakistanda qatar relsdən çıxıb.
AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Geo News" "Pakistan Railways"in təmsilçisinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kəraçidən Peşavar istiqamətində hərəkət edən sərnişin qatarında baş verib. Qatarın səkkiz vaqonu relsdən çıxıb. Qəza nəticəsində 20 nəfər xəsarət alıb.
Hadisə yerində xilasedicilər işləyir. Qəza ilə bağlı ərazidə qatarların hərəkəti dayandırılıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
AzNews.az