Misirdə sərnişin qatarı relsdən çıxıb. Misirdə sərnişin qatarı relsdən çıxıb.

Daha bir ölkədə qatar qəzası - Bu dəfə...

Misirdə sərnişin qatarı relsdən çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid Muqahidin efirdə verdiyi xəbərə görə, hadisə Şabbeyn əl-Kom əl-Qedid stansiyasında baş verib. Qəza zamanı 12 nəfər yaralanıb.

Əraziyə 15 təcili yardım maşını cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi barədə məlumat verilmir.

AzNews.az