- Köhnə - Dünya
- 16 Sentyabr 2018 19:37
- 5 903
BMT husilərlə razılığa gəldi - 6 ay ərzində...
BMT ilə Husilər arasında əldə edilən razılaşmaya əsasən, Səna hava limanı xaricdə müalicə almağı zəruri olan xəstələr üçün açılacaq.
AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, BMT-nin Yəmən üzrə nümayəndəsi Liz Qranda husilərin “xarici işlər naziri” Hişam Şərəflə hava dəhlizinin yaradılması barədə razılığa gəlib.
Razılığa əsasən, BMT tərəfindən təşkil edilən proqramlar çərçivəsində sentyabrın 18-dən başlayaraq Yəmən xaricində müalicə alması vacib olan xəstələri üçün Səna hava limanından uçuşlar həyata keçiriləcək. Razılaşma 6 ay müddətində qüvvədə olacaq.
AzNews.az