- Köhnə - Dünya
- 17 Sentyabr 2018 07:15
- 5 581
Gürcüstanın baş naziri ABŞ-a getdi
Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb.
Trend-in gürcü KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.
Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək. Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.
AzNews.az