Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Suriya məsələsini müzakirə edib, problemin həlli yolunun tapılması üçün çalışdıqlarını bildirib. Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Suriya məsələsini müzakirə edib, problemin həlli yolunun tapılması üçün çalışdıqlarını bildirib.

Putinlə Ərdoğanın Soçi görüşündən - İlk açıqlamalar

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Suriya məsələsini müzakirə edib, problemin həlli yolunun tapılması üçün çalışdıqlarını bildirib.

AzNews.az Rusiyanın “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, V .Putin Türkiyə ilə münasibətlərdən danışıb.

“Bizim əlaqələrimiz dinamik və müsbət istiqamətdə inkişaf edir. Bunu ticarət və iqtisadiyyat əlaqələrimizlə bağlı deyə bilərik. İnkişaf edən əlaqələri beynəlxalq arenada, xüsusilə, regiondakı təhlükəsizlik əməkdaşlığına da aid etmək olar” – deyə, Rusiya prezidenti vurğulayıb.
V.Putin Ərdoğanla görüşlərinin müntəzəm şəkildə davam etdiyini də dilə gətirib.

Nurlan AĞA
AzNews.az