- Köhnə - Dünya
- 17 Sentyabr 2018 18:06
- 5 262
Daşqınlar 100-dən çox insanın canını aldı
Nigeriyada son bir neçə gün ərzində baş vermiş daşqınlar nəticəsində 100-dən çox sakin həlak olub.
AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, davam edən aramsız yağışlar Niger və Benue çaylarının məcradan çıxmasına səbəb olub.
Nəticədə ölkənin cənubunda kəndlər su altında qalıb, minlərlə sakin evlərini tərk etməli olub.
Ümumilikdə daşqın 12 ştatın ərazisində qeydə alınıb.
AzNews.az