Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü başa çatdı. Ərdoğan görüşlə bağlı ilkin açıqlamasında "Ortaq açıqlama bölgəyə yeni bir ümid gətirəcək" deyə bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü başa çatdı. Ərdoğan görüşlə bağlı ilkin açıqlamasında "Ortaq açıqlama bölgəyə yeni bir ümid gətirəcək" deyə bildirib.

"Bölgənin aqibətini müəyyən edəcək" - Soçidən dünyaya mesaj

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşü başa çatdı. Ərdoğan görüşlə bağlı ilkin açıqlamasında "Ortaq açıqlama bölgəyə yeni bir ümid gətirəcək" deyə bildirib.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "CAN" adlı özəl təyyarədə saat 14:05-də Soçi şəhərinə gəldi. Ərdoğanı Soçi Beynəlxalq Hava Limanında Soçinin bələdiyyə sədri Anatoli Paxomov, Rusiya XİN rəsmiləri və Türkiyənin Moskvadakı səfiri Hüseyin Diriöz qarşıladı.

Ərdoğanla Xarici işlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii sərvətlər naziri Fatih Dönməz, Xəzinə və maliyyə naziri Berat Albayrak, Milli müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan da Soçiyə gəldilər.

1 saat 50 dəqiqə

Ərdoğanın rusiyalı həmkarı Putinlə təkbətək görüşü başa çatdı. Mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə çəkdi.

Açıqlamamız bölgəyə ümid gətirəcək

Rəcəb Tayyib Ərdoğanın Soçidən Putinlə görüşünə dair ilk mesajı "Ortaq açıqlama bölgəyə yeni bir ümid gətirəcək. Siyasi, hərbi, iqtisadi sahələrdə müzakirələrimiz Rusiya ilə bir-birimizi gücləndirəcək səviyyədədir. Regional sahələrdəki qərarımız bölgəyə ümid verir. Bu anda sadəcə region deyil, bütün dünyanın gözü Soçidədir" şəklində oldu.

Putin: Həll yollarını axtaracağıq

Rusiya prezidenti Vladimir Putin də "Müzakirə edəcəyimiz çox məsələ var. Bəzilər ümumi məsələlərdir. Bunları həm gözdən keçirəcəyik, həm də həll yollarını axtaracağıq" ifadələrini işlətdi.

Ərdoğan və Putin görüşündə Türkiyə-Rusiya ikitərəfli əlaqələrin siyasi, iqtisadi və enerji ilə bağlı sahələrini müzakirə edəcək, Suriya başda olmaqla bəzi regional və beynəlxalq məsələlərin həlli yollarını axtaracaqlar.

Malik LİFTİYEV
AzNews.az