Kosmosa raket göndərmiş “SpaceX”in sahibi, milyarder İlon Mask Aya gedəcək ilk turistin kim olacağını açıqlayıb. Kosmosa raket göndərmiş “SpaceX”in sahibi, milyarder İlon Mask Aya gedəcək ilk turistin kim olacağını açıqlayıb.

Aya göndəriləcək ilk turistin adı açıqlandı

Kosmosa raket göndərmiş “SpaceX”in sahibi, milyarder İlon Mask Aya gedəcək ilk turistin kim olacağını açıqlayıb.

AzNews.az “Euronews”a istinadən xəbər verir ki, yaponiyalı geyim firması “Zozotown”un sahibi, milyarder Yusaku Maezava Aya gedəcək ilk turist olacaq.

Bunu İ.Mask Los-Ancelesdəki mətbuat konfransında elan edib.

Ay səyahətində Maezavanı kimlərin müşayiət edəcəyi məlum deyil. Həmçinin səfərin xərci ilə bağlı da informasiya verilməyib.

Nurlan AĞA
AzNews.az